Qərb Zelenskini göndərir - Bu məşhur şəxs prezident ola bilər

Rusiya Xarici Kəşfiyyat İdarəsinin direktoru Sergey Narışkin Qərb ölkələrinin Ukrayna Prezidenti Vladimir Zelenskidən razı qalmadığını, onu başqası ilə əvəz etmək istədiklərini iddia edib.

Metbuat.az xəbər verir ki, Sergey Narışkin bildirib ki, Qərb Zelenskinin artıq Ukraynanın maraqlarını təmsil etmədiyini hesab edir. Sergey Narışkin bəyan edib ki, Rusiya ilə sülh əldə olunarsa, Zelenski danışıqlarda faydalı ola bilməz. Narışkin həmçinin bildirib ki, ABŞ Ukraynadakı müharibənin gedişindən razı deyil və tezliklə Rusiya ilə razılaşmaya açıq ola bilər. Rusiya kəşfiyyatının məlumatına görə, Brüsseldə keçirilən NATO xarici işlər nazirlərinin toplantısında Zelenskini əvəz edə biləcək adlar da müzakirə edilib.

Bu adlar arasında Baş Qərargah rəisi Valeri Zalujni, hərbi kəşfiyyatçı Kirilo Budanov və Kiyev meri Vitali Kliçko var. Ukraynanın rus qoşunlarına qarşı əks-hücum əməliyyatında uğursuz çıxışı da Qərbin narahatlığına səbəb olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı