Yaponları cavan saxlayan qidalar - Bundan çox istifadə edirlər

Dünyanın ən uzun ömür sürən insanları dedikdə ağıla ilk gələn yaponlardır. Onların bu qədər uzun yaşamasının ən böyük səbəblərindən biri birbaşa istehlak etdikləri qida ilə bağlıdır.

Metbuat.az Axşam.az-a istinadən xəbər verir ki, yaponların hər gün istehlak etdikləri bu qidalar onların uzun ömür sürməsinə və sağlam qalmasına kömək edir.

Yaponiyanın Okinava bölgəsində yaşayan insanlar uzun ömürləri ilə tanınırlar. Onların bu sirri isə bənövşəyi kartofdur. Bölgədə yaşayan insanların ən çox istifadə etdiyi qida növüdür. Bənövşəyi kartofun qida dəyərinin bölgədəki insanların uzun ömür sürməsinin sirri ilə əlaqəli olduğu təxmin edilir və hər gün bir kartof istehlak etdikləri məlumdur.

Tədqiqatlar bənövşəyi şirin kartofun ürək-damar xəstəlikləri riskini azaltmağa və qan şəkərinin səviyyəsini yaxşılaşdırmağa kömək edə biləcəyini göstərib. O, sözün əsl mənasında beyni təravətləndirir, yaddaşı yaxşılaşdırır və konsentrasiyanı artırır.

Eyni zamanda yaponlar Omeqa-3 vitamini ilə zəngin qidalar tükədir. Bunun üçün onlar bol balıq yeyirlər. Sinir hüceyrələrinin və beyin hüceyrələrinin böyüməsini birbaşa dəstəkləyir. Somon, alabalıq, sardina və skumbriya kimi balıqlar yağlı balıqlar arasındadır.

Yaponlar eyni zamanda yaşıl çay içməyə üstünlük verirlər. Bu, beyinin inkişafına təsir edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı