ABŞ müstəqil Fələstin dövlətinin qurulmasına dəstək verdi

ABŞ-ın dövlət katibi Antoni Blinken fransız, alman və britaniyalı həmkarları ilə telefon danışığında müstəqil Fələstin dövlətinin qurulmasına sadiqliyini təkrarlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən açıqlama verilib. Bildirilib ki, telefon söhbəti zamanı Blinken Qəzzaya humanitar yardımın ən qısa zamanda çatdırılmasının, mülki itkilərin minimuma endirilməsinin və bölgədə gərginliyin daha da artmasının qarşısının alınmasının vacibliyinə diqqət çəkib. ABŞ-ın müstəqil Fələstin dövlətinin qurulmasına sadiq olduğunu vurğulayan Blinken husilərin Qırmızı dənizdə gəmilərə hücumlarını pisləyib və dəniz təhlükəsizliyi mövzusunda əməkdaşlığa çağırıb.

Görüş zamanı nazirlər Ukraynaya yardım məsələsini də müzakirə ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı