Onların fotoları İrəvandan yığışdırıldı

“Arsax” liderlərinin şəkilləri olan plakatların İrəvandan yığışdırılması hökumətin zəifliyi və İlham Əliyevdən qorxduğunun göstəricisidir.

Metbuat.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Nikol Ağbalyan” tələbə birliyinin bəyanatında bildirilib.

“Xancyan küçəsinin (İrəvan) estakadasının hər iki tərəfində “Erməni liderləri Bakıda həbsdədir” sözləri və “arsax” hərbi-siyasi rəhbərliyinin fotolarını əks etdirən plakatlar asmışdıq. Lakin cəmi bir neçə saatdan sonra plakatlar yığışdırıldı”, – bəyanatda qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı