Arda üçün böyük fürsət - Bu matç həlledici ola bilər

“Real Madrid”in futbolçusu Arda Güler “Arandina”ya qarşı oyunda forma geyinə bilər.

Metbuat.az xəbər verir ki, Ardanın tamamilə sağaldığı və 4-cü Liqa komandasına qarşı meydana çıxmağa hazır olduğu bildirilir. “Marca” qəzetinin xəbərinə görə, komanda yoldaşları Milad tətilində olarkən Arda tək başına məşq etməyə davam edir. Milad tətilindən sonra komanda ilə məşqlərə başlaması gözlənilən Arda Gülerin 5 gün sonra La Liqada "Malyorka" ilə matçda iştirak etmə ehtimalı var. Lakin məşqçi heyəti tələsik qərar vermək istəmir. İspaniya Kral Kuboku matçlarının mövsümün ikinci yarısında başlaması Arda Güler üçün fürsət kimi qiymətləndirilir. “Real Madrid” “Malyorka” ilə oyundan iki gün sonra kubokun oyununda İspaniyanın 4-cü liqa komandası “Arandina”nı qəbul edəcək.

Komandadakı gənc istedadların, o cümlədən Ardanın da bu görüşdə meydana çıxa biləcəyi qeyd edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR