Bakıda Zığ dairəsi-hava limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə Metbuat.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar Zığ dairəsi - hava limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Eyni zamanda bütün məlumat sürət tablolarında "Güclü külək" işarəsi qoyulub. Sürücülərdən müəyyənləşdirilən sürət həddinə əməl etmələri xahiş olunur.