Peres "Barselona" üzərindəki darmadağından danışdı - VİDEO

"Real" futbol klubunun prezidenti Florentino Peres komandanın İspaniya Superkubokunda "Barselona" ilə oyunda qazandığı qələbəyə münasibət bildirib.

Metbuat.az "Marca"ya istinadən xəbər verir ki, o qeyd edib:

“Mən xoşbəxtəm, çünki azarkeşlər yaxşı oyun görməkdən məmnundurlar. Gördüyünüz kimi, Səudiyyə Ərəbistanında ən xoşbəxt gecələrindən birini keçirən “Real”ın xeyli azarkeşi var”, - o deyib.

Xatırladaq ki, "Real" və "Barselona"nın qarşılaşdığı İspaniya Superkubokunun final oyunu Ər-Riyaddakı (Səudiyyə Ərəbistanı) “Əl-Avval Park” stadionunda baş tutub. "Real" rəqibini 4:1 hesabı ilə məğlub edərək İspaniya Superkubokunun qalibi olub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR