Bu imtahanda istifadə edilən test tapşırıqlarının doğru cavabları açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 14-də magistratura səviyyəsi üzrə keçirilmiş sınaq imtahanında istifadə edilmiş test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb. Cavablarla DİM-in saytında tanış olmaq mümkündür.

Mərkəzdən Metbuat.az-a bildirilib ki, hazırda imtahan materiallarının emalı aparılır. Xarici dil fənni üzrə esselərin yoxlanılması vaxt tələb etdiyindən sınaq imtahanının nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR