Şəhidlərin qısası alındı - Onlarla hədəf məhv edildi

Türkiyənin milli müdafiə naziri Yaşar Güler Pəncə-Kilid əməliyyat bölgəsindəki son vəziyyətlə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, İraq və Suriyanın şimalında həyata keçirilən hava əməliyyatları ilə terrorçulara məxsus mağara, sığınacaq və neft obyektlərindən ibarət 78 hədəf məhv edilib, 77 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, Milli müdafiə naziri Yaşar Güler, Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, Hərbi Dəniz Qüvvələri komandanı admiral Ərcüment Tatlıoğlu, Quru Qoşunları komandanı general Səlcuq Bayraktaroğlu, Hərbi Hava Qüvvələri komandanı general Ziya Camal Kadıoğlu və digər komandanların iştirakı ilə video konfrans keçirilib.

Nazir Yaşar Gülər həyata keçirilən tədbirlər, xüsusilə də terrorla mübarizə əməliyyatları haqqında məlumat alıb və görüləcək işlərlə bağlı tapşırıqlar verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı