Bakıda şadlıq sarayında faciə - Ölən var

Nərimanov rayonunda yerləşən şadlıq saraylarından birində aparılan təmir işləri zamanı 36 yaşlı kişi yıxılaraq ölüb.

Baş Prokurorluğun mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, hadisə yanvarın 29-da qeydə alınıb. 1988-ci il təvəllüdlü Bəhram Bayramov dəmir konstruksiyanın üzərindən yerə yıxılması nəticəsində almış olduğu xəsarətdən ölüb.

Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı