Yeniyetmənin döyülməsi ilə bağlı təhqiqat araşdırması başlanıldı

Yanvarın 29-da Sabunçu rayon Zabrat qəsəbəsi sakini ərazi üzrə polis orqanına müraciət edərək cari il yanvar ayının əvvəlində 14 yaşlı oğlunun birlikdə hazırlığa getdiyi yeniyetmə tərəfindən döyüldüyünü və döyülməsini əks etdirən görüntüləri yayacağı ilə hədəsi ilə ondan müxtəlif məbləğlərdə pul aldığını bildirib.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a bildirilib ki, daxil olan müraciətlə əlaqədar təhqiqat araşdırması başlanılıb. Hadisə yerinə baxış keçirilib, xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib, hadisə iştirakçılarının izahatları alınıb.

Hazırda təhqiqat araşdırmaları davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı