ARAF rəsmisi Beynəlxalq Çövkən Federasiyasının prezidenti seçildi

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev yeni təsis edilən Beynəlxalq Çövkən Federasiyasının prezidenti seçilib.

Bu barədə Metbuat.az-a ARAF-ın mətbuat xidmətindən məlumat verilib. Polşanın nümayəndəsi Matsey Miçel Olbriç isə qurumun baş katibi olub.

Baş Assambleyanın fevralın 2-də Bakıdakı yekun iclasında Beynəlxalq Çövkən Federasiyasında digər rəhbər vəzifələrə seçkilərin keçirilməsi nəzərdə tutulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR