Ukraynadakı səfirliyimizdə yaradılan seçki məntəqəsində səsvermə başlayıb

Azərbaycanda fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri ilə əlaqədar ölkəmizin Ukraynadakı səfirliyində yaradılan seçki məntəqəsində səsvermə başlayıb.

Metbuat.az xəbər verir ki, Ukraynada 600 Azərbaycan vətəndaşı olan seçici qeydiyyatdadır. Səsvermə yerli vaxtla saat 19:00-a qədər keçiriləcək.

Xarkov, Odessa, Lvov, Sumı, Poltava və digər vilayətlərdən də seçicilər gün ərzində çatıb səs verəcəklər.

Qeyd edək ki, Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərinə bu gün səhər saatlarında raketlərlə hücumu nəticəsində partlayış olub, itki və dağıntı barədə məlumat verilməyib. Ölkə ərazisində səhər saatlarından hava həyacanı siqnalı verilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı