Mətni videoya çevirən süni intellekt texnologiyası yaradıldı - “Sora”

Mətni videoya çevirən süni intellekt texnologiyası yaradılıb.

Süni intellekt şirkəti OpenAI yeni yaratdığı “Sora” adlı texnologiyanı təqdim edib.

Yazılı mətni videoya çevirən süni intellekt texnologiyasının reallıq səviyyəsi bu sahədə video istehsal edən youtuberlərdə təəccüb doğurub. Son bir neçə ildə süni intellekt texnologiyası o həddə çatıb ki, sanki insan əli ilə, əmr əsasında fotoşəkillər, rəsmlər və şeirlər istehsal edə bilir. Şirkət istifadəçilərin bir dəqiqəyə qədər video hazırlaya biləcəklərini açıqlayıb. Bildirilib ki, hazırda “Sora” hər kəs üçün əlçatan texnologiya deyil. OpenAI ortaya çıxa biləcək təhlükələrin qarşısını almaq üçün “Sora”nın əvvəlcə təyin edilmiş mütəxəssislər tərəfindən sınaqdan keçiriləcəyini diqqətə çatdırıb.

Süni intellekt şirkəti “Sora”nın, ilk növbədə, kino və dizayn sahələrində məşğul olan insanlar üçün yaradıldığını qeyd edib. OpenAI izah edib ki, “Sora” mürəkkəb səhnələrə cavab vermək iqtidarındadır. Bununla da istifadəçi tələb etdiyi obyektlərin real dünyada necə mövcud olduğunu anlaya bilir. Şirkət “Sora”nın hələlik zəif tərəflərinin olduğunu da etiraf edir. OpenAI zorakılıqla bağlı mövzuları və zərərli məzmunları bloklayacağını açıqlayıb. Texnologiyanın bu cür əmrləri videoya çevirməyəcəyi vurğulanıb.

Məşhur youtuber Marques Brownlee “Sora” haqqında ilk təəssüratını “qorxulu” adlandırıb. Digər texnoloq “Sora”nın imkanlarını “Bu necə ola bilər?” ifadəsi ilə qiymətləndirib. “Apple”in qurucularından biri olan Stiv Voznyak, “Tesla” və “Space X” şirkətlərinin sahibi İlon Mask da daxil olmaqla, texnologiya nəhəngləri “İnsanlarla rəqabət apara bilən süni intellekt sistemləri cəmiyyət və bəşəriyyət üçün böyük risklər yaradır” deyə fikirlərini ifadə ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı