Xalq yazıçısı Mövlud Süleymanlının ümumi vəziyyəti ağırdır.
Metbuat.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib.
O bildirib ki, yazıçı süni tənəffüs aparatına qoşulub, huşsuz vəziyyətdədir.
“Hemodinamik göstəriciləri stabildir, kompüter müayinəsi olunub, müsbət dinamika müşahidə olunur”, - deyə Ruzbeh Məmməd qeyd edib.