Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.
Metbuat.az xəbər verir ki, bu barədə ANAMA-dan məlumat verilib. Bildirilib ki, azad olunan ərazilərdə 12-18 fevral 2024-cü il tarixi ərzində 46 tank əleyhinə mina, 33 piyada əleyhinə mina, 525 partlamamış hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib.
Həmçinin, 886.1 hektar ərazi minalardan təmizlənib.