Qırmızı bibərin inanılmaz faydaları bunlar imiş

Demək olarki, hamınnı istifadə etdiyi qırmızı bibər antioksidantla zəngindir. Tərkibində A, B, C, E vitamini var.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, qırmızı bibərin faydaları aşağıdakılardır:

- Yaraların sağalmasına kömək edir və bədəndə təbii kollagen əmələ gəlməsini təmin edir

- İmmunitet sistemini gücləndirir

- Xərçənglə mübarizə aparır və orqanizmin xərçəngə qarşı müqavimətini artırır

- İltihab və infeksiyaya qarşı olduğu üçün artrit ağrısına qarşı təsir göstərir

– Maddələr mübadiləsini sürətləndirərək qəbizlik və digər bağırsaq problemlərini aradan qaldırır. Bağırsaq qurdlarına və parazitlərə faydalıdır

- Həzmsizliyi aradan qaldırmağa və bədəndən qaz çıxarmağa kömək edir

– Qan dövranı sisteminə kömək edir, xolesterini aşağı salaraq ürək xəstəliklərinin qarşısını alır, lipid (yağ) yığılmasını azaldır və buna görə də həddindən artıq qan laxtalanmasını aradan qaldırır. O, həmçinin qan axını asanlaşdırmaq üçün qan damarlarını genişləndirir

– Qırmızı bibər lopalarında olan kapsaisin bibərə acılıq hissi verən kimyəvi maddədir. Kapsaisin bədəndən göndərilən ağrı siqnallarının intensivliyini azaltmaqla baş ağrıları və miqrenləri müalicə etməyə kömək edir

– Hüceyrələri qoruyaraq qocalmanı gecikdirir

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı