Dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar artıb

Bu ilin yanvar ayında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə 12,3 milyon manat vəsait daxil olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,3 dəfə çoxdur.

Bu barədə Metbuat.az-a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, ilk ayda 4 hərrac keçirilib. Hərraclarda 37 nəqliyyat vasitəsi özəlləşdirilib. Yanvar ayında hərraca çıxarılmış dövlət əmlakı üzrə 63 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 12 onlayn qoşulma reallaşıb.

İlin ilk ayı ərzində 46-sı qeyri-yaşayış, 155-i isə torpaq sahələrinə aid olmaqla, ümumilikdə 201 yeni icarə müqaviləsi bağlanılıb.

Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən yanvarda dövlət büdcəsinə 3 milyon manat vəsaitin ödənilməsi təmin olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı