KTMT-də “dondurulma” rejimi yoxdur - Kreml

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyün “dondurulması” rejimi mövcud deyil.

Metbuat.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Müvafiq sənədlərə baxsaq görərik ki, KTMT-nin planında belə rejim mövcud deyil. Təmas saxlayacağıq, aydınlaşdıracağıq”, -deyə Peskov jurnalistlərə bildirib. O əlavə edib ki, Ermənistanın KTMT-dən çıxması ilə bağlı mövqeyi də hələ aydın deyil.

Bundan əvvələ Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, Ermənistan KTMT-də üzvlüyünü “dondurub”. Həmin təşkilatın bəyanatında isə bildirilib ki, üzvlüyü dayandırılması ilə bağlı İrəvandan heç bir müraciət daxil olmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı