DSMF sədri infarkt keçirib? - AÇIQLAMA

Bəzi səhifələrdə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişovun İsveçrədə səfərdə olarkən guya infarkt keçirdiyi ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə DSMF-dən bildirilib.

Qeyd edilir ki, DSMF sədri İsveçrə Krallığında işgüzar səfərdə olub. Səfər zamanı iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıqla bağlı görüşlər keçirib. Səfər çərçivəsində DSMF ilə dünyanın 160-dan çox ölkəsindən 350-yə yaxın sosial təminat qurumunun üzv olduğu Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bununla da DSMF BSTA-nın etibarlı və uzunmüddətli peşəkar tərəfdaşına çevrilib.

DSMF sədri hazırda Bakıdadır, səhhətində hər hansı bir narahatlıq yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı