Göyçay rayonunun Müskürlü kəndi ərazisində “Kia” markalı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Xəqani Bağırovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Metbuat.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb. Məlumata görə, müxtəlif bədən xəsarətləri alan sürücü və iki sərnişini - 1991-ci il təvəllüdlü Asif Gülməmmədov və Elçin Əsgərov hadisə yerində ölüb, digər bir sərnişin isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanıb.