120 min manatı ələ keçirən falçıya bu cəza verildi - HÖKM

Bakı Ağır Cinayətlər Məhkəməsində falçı adı altında dələduzluqda təqsirləndirilən Günəş Qasımovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Metbuat.az-ın məlumatına görə, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Günəş Qasımova 7 il azadlıqdan məhrum edilib.

İttihama görə, Bakıda yaşayan Günəş Qasımova Şirvan şəhərində falçı adı ilə insanların problemlərinin həllində köməkliklər göstəriləcəyini vəd edərək aldadıb. O bu üsulla zərərçəkmişlərdən 1 nəfərdən 50 000 dollar, digər şəxsdən isə 25 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.

İş üzrə Vüsalə Qafarzadəyə və Arif Qafarzadə zərərçəkmiş kimi tanınıb. Məhkəmədə A. Qafarzadəyə 91 min 401 manat, V. Qafarzadəyə isə 25 min manat maddi ziyan kimi ödənilməsi barədə qərar qəbul edilib.

Günəş Qasımovaya Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi üzrə ittiham elan olunub və barədində həbs qətimkan tədbiri seçilib.

Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı