Nikki Heyli ABŞ prezidentliyi uğrunda mübarizədən geri çəkildi

ABŞ-nin NATO-dakı keçmiş daimi nümayəndəsi Nikki Heyli prezidentlik yarışından geri çəkildiyini açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, bunu Heyli Cənubi Karolina ştatının Çarlston şəhərində tərəfdarları qarşısında çıxışı zamanı deyib. "Kampaniyamı dayandırmağın vaxtı gəldi", - Heyli bildirib. Respublikaçıların prezidentliyə namizədliyi uğrunda mübarizədə Donald Trampın son rəqibi olan Heyli Super Çərşənbə axşamı günü 15 ştatdan yalnız birində - Vermontda qalib gələ bilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı