Çiyələyin inanılmaz faydaları - Bu dərdlərin çarəsidir

Çiyələk bir çoxları üçün sevimli giləmeyvədir. Makro və mikro komponentlərlə zəngin olan bu meyvənin insan orqanizminə bir çox faydaları var.

Metbuat.az xarici mediaya istinadən çiyələyin faydalarını təqdim edir:

- Bağırsaqlarda kimyəvi həzmə kömək edir.

- Böyrəklərin strukturunu və fəaliyyətini bərpa edir.

- Qan şəkərində ani dəyişikliklərə səbəb olmur və enerji çatışmazlığının qarşısını alır.

- Toxluq hissi verir.

- Böyrək, sidik yollarının iltihabını aradan qaldırır.

- Qanda ümumi xolesterin və LDL (bədxassəli xolesterin) səviyyəsini azaltmağa kömək edir.

- Antioksidantlar hüceyrə və orqan səviyyəsində bədəndə zərərli maddələrin yığılmasının azalmasına dəstək verir.

- Diabet, ürək, xərçəng və Alzheimer kimi xroniki xəstəliklərin riskini azaldır.

- Yaddaşı gücləndirməyə, öyrənmə bacarıqlarını qorumağa və neyrodegenerativ xəstəliklər riskini minimuma endirməyə kömək edir.

- Tərkibindəki kalsiumla diş minasını qoruyur.

Çiyələyin tərkibindəki vitaminlər və komponentlər mikroorqanizmlərə qarşı əlavə müdafiə qalxanı yaratmaq qabiliyyətinə malikdir.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı