Yüksək təzyiqi salmaq üçün bunu edin

Yüksək təzyiq sağlamlıqla bağlı bir sıra problemlərə yol aça bilər. Bu baxımdan təzyiq normada saxlanılmalıdır. Bəs təzyiq qalxdıqda nə etmək lazımdır?

Metbuat.az xarici mediaya istinadən həmin üsulları təqdim edir:

Təzyiq yüksəldikdə əvvəlcə soyuq su ilə başınızı yumaq, limonlu su və ayran içmək, sarımsaq yemək, itburnu çayı və kəklikotu suyu qaynatmaq, həmçinin banan yemək olar. Bu qidalar və təbii bitki çayları qan təzyiqini aşağı salır və yüksək təzyiqi azaltmağa kömək edir.

Qan təzyiqini aşağı salan üsullar aşağıdakılardır:

- Qatıq yemək və ya ayran içmək.

- Limonlu su içmək.

- Sarımsaqdan istifadə etmək.

- İtburnu çayı və kəklikotu suyunu qaynadıb içmək.

- Portağal və qreypfrut kimi sitrus meyvələri yemək.

- Yaşıl yarpaqlı tərəvəzlər yemək.

- Duz istifadənin azaldılması.

- Siqaret və alkoqoldan imtina etmək.

- Yuxu rejiminə diqqət yetirmək.

Seyranə Quliyeva / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı