Paşinyan Tavuşa gedib

Nikol Paşinyan Qazaxla həmsərhəd Tavuş vilayətinə gedib.

Metbuat.az xəbər verir ki, bu barədə Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkədə hesabında məlumat paylaşıb.

Məlumata görə, Paşinyan hazırda Əskipara, Bağanis və digər yaxın kəndlərin sakinləri ilə görüşlər keçirir.

Qeyd edək ki, bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesinin Tavuş vilayətindən başlayacağını deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR