İlaxır çərşənbədə bunlar edilməlidir - Folklorşünas açıqladı

Bu gün Azərbaycanda İlaxır çərşənbə qeyd olunur. Novruz bayramının ən təntənəli mərasimləri axırıncı çərşənbədə keçirilir. Bu çərşənbə xalq arasında "Yer çərşənbəsi", "İlaxır Çərşənbə", "Çərşənbə-suri" adları ilə də tanınır.

Elə bu barədə Metbuat.az-a açıqlama verən filologiya üzrə elmlər doktor Yədulla Ağazadə bildirib ki, İlaxır çərşənbə axşamı şər qarışan vaxt hamı evdə, həyət-bacada olmalıdır:

Novruz gəlir, yaz gəlir, или немного о том, как встречают весну в  Азербайджане - ФОТО | 1news.az | Новости

“Həyətlərdə 7 yerdə küləşdən tonqal üçün yer hazırlanıb, evin böyüyü həmin tonqala od vurar. Bütün ailə üzvləri, hətta bələk-beşikdəki körpələr də tonqal üstündən tullanmalıdır. A
Adətlərimizə görə, İlaxır çərşənbədə xonça düzəldilməli, ailə üzvlərinin sayına görə şam yandırılmalıdır. Çərşənbə axşamı mütləq balıq yeyilməlidir. Nişanlı qızlar üçün bu nemətlər qabaqcadan qız evinə göndərilər. Bu zaman girdəvic adlanan balığın ağzına hərə öz imkanına görə zinət əşyası, xüsusən üzük qoyur. İnama görə, ilaxır çərşənbə gecəsində, eləcə də Novruz gecəsinin süfrəsində ərəb əlifbası ilə “sin” hərfi ilə başlanan 7 nemətin olması vacibdir. Bəzi yerlərdə süfrəyə “səbas” (sünbül), “sib” (alma), “sanvəd” (çaytikanı), sirkə, sumaq, səməni qoyulur. Süfrəyə acılıq gətirən təamlar, yəni soğan, sarımsaq bayram süfrəsinə qoymaq olmaz. Daha çox su, simuzər (balıq), sikkə (pul), sumaq, səbzi-kükü, tərə, səməni, rəngbərəng yumurtalar süfrəni bəzəyərlər”.

Novruzda bunları etsəniz, bəxtiniz açılacaq - Subay qızlara məsləhət Yeni  Sabah

Folklorşünas bildirib ki, İlaxır çərşənbənin səhəri səhər tezdən hamı axar su üstünə gedib, üzünə su vurub “dərd-bəlamı su aparsın”, - deyərlər.

“İlaxır çərşənbə gecəsi ilə Novruz bayramı arasında 2-3 günlük fərq olur. Elə il olur ki, çərşənbə ilə bayram eyni günə düşür. İlaxır çərşənbədə icra olunan ayinlər Novruz bayramı gecəsində daha genişliyi ilə təkrar olunur. Novruzdan xonçalar düzülür, qulaq falına çıxılır, evlərə qurşaqlar atılır, bayram təbrikləri ara vermir.

Bu gün su çərşənbəsidir

Ertəsi gün, yəni 21 mart əsl xalq gəzintisini xatırladır. Bayram günlərində həyət-bacanı qıfılla bağlamaq olmaz, bütün qapılar tanış-bilişin üzünə açıq olmalıdır. Bayram axşamı ailə üzvləri süfrə başına keçərək bayram süfrəsinin nemətlərindən dadaraq: “Bayramınız mübarək olsun! Yeni ildə bütün arzularınız çin olsun! Evinizdən, ocağınızdan bərəkət əskik olmasın”, - deyə bir-birini təbrik edib xoş sözlər deyilməlidir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı