"Crocus" hadisəsini kim törədib? - "Hücum tərzi göstərir ki..."

"ABŞ ekspertləri Moskvadakı konsert salonuna edilən silahlı hücumun arxasında Ukraynanın dayanması ilə bağlı iddiaları rədd ediblər. Amerikalı siyasətçi Brus Hofman terrorla bağlı deyib ki, hücum tərzi klassik İŞİD tərzidir".

Metbuat.az xəbər verir ki, bu barədə "New York Times" yazır.

Məqalədə qeyd edilir ki, bu, son 10 ildə İŞİD-in şimal yarımkürəsində vurduğu üçüncü konsert zalıdır: 2015-ci ilin noyabrında Parisdəki "Bataclan" teatrına hücum və 2017-ci ildə Böyük Britaniyanın Mançester Arenasında Ariana Qrandenin konserti zamanı intiharçı hücum.

Bildirilir ki, son illərdə İŞİD-in hücumlarının miqyası genişlənib, Avropadakı sui-qəsdlərin də sayı artıb, lakin sui-qəsdlərin əksəriyyəti uğursuz olub.

ABŞ və digər Qərb rəsmilərinin sözlərinə görə, bu sui-qəsdlər peşəkar olmayan şəxslər tərəfindən təşkil olunub və onların qarşısı nisbətən asanlıqla alınıb. Milli Terrorla Mübarizə Mərkəzinin rəhbəri Kristina Abizaid ötən ilin noyabrında bildirmişdi ki, İŞİD indiyədək Avropadakı təcrübəsiz əməliyyatçılara etibar edib, onların adından hücumlar təşkil etməyə cəhd edib.

Lakin, İŞİD-in bu səhvindən "dərs aldığı" ehtimalı da var. Belə ki, Moskva və İrandakı hücumlar daha yüksək səviyyəli planlaşdırma və yerli ekstremist şəbəkələrdən istifadə etmək qabiliyyəti müşahidə edilir.

Corctaun Universitetinin terrorla mübarizə üzrə eksperti Daniel Byman hesab edir ki, İŞİD Mərkəzi Asiya və Qafqazdan yaraqlıları öz qanadı altına toplayıb və onlar ya birbaşa, ya da öz şəbəkələri vasitəsilə Moskva hücumuna görə məsuliyyət daşıya bilərlər.

Yüksək rütbəli ABŞ rəsmiləri hücum edənlərin keçmişini araşdırdıqlarını və onların bu xüsusi hücum üçün Cənubi və ya Orta Asiyadan göndərilib-göndərilmədiyini müəyyən etməyə çalışdıqlarını açıqlayıblar. Eyni zamanda, Müharibə Araşdırmaları İnstitutu hesab edir ki, "Crocus City Hall"da baş vermiş terror aktına görə məsuliyyəti İŞİD daşıyır.

Terrorla mübarizə üzrə ekspertlər Moskva və İrandakı hücumlardan sonra digər ölkələrdə baş verən terror hadisələrin ikiqat arta biləcəyindən narahatdılar.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı