Bakıda “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək

Beynəlxalq Sıfır Tullantı Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Xətai Rayon İcra Hakimiyyətinin, “Təmiz Şəhər” ASC-nin, müxtəlif tərəfdaş qurumların dəstəyi ilə martın 30-da “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək.

Metbuat.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, festival çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr (müxtəlif növ ağac tingləri, ekoçantalar, milli parklara giriş bileti, kitablar və s.) əldə edə biləcəklər.

Maraqlı viktorinalar, müxtəlif müsabiqələr keçiriləcək festivalda tullantıları gətirərək həm təbiətə töhfə verə, həm də müxtəlif hədiyyələr qazana bilərsiniz.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən bu tədbir tullantıların qarşısını almaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıları mənbəyində ayrıca toplayıb təkrar emal etmək məqsədilə keçirilir.

Festival Xətai rayonu, “Gənclik” parkı (“Park House” restoranının yanı) saat 13:00-dan 15:00-dək keçiriləcək.

Qeyd edək ki, qardaş ölkə Türkiyənin təşəbbüsü ilə təklif edilmiş Beynəlxalq Sıfır Tullantı Günü 2022-ci ildən etibarən BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilib və artıq bütün dünyada qeyd olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı