Belə qidalananların diqqətinə: Anemiya ola bilərsiniz

“Anemiya zamanı bir çox əlamət ortaya çıxa bilər. Ümumiyyətlə bədənimizdə, dırnağımızdan saçımıza qədər hər bir hüceyrə anemiyadan təsirlənir”.

Metbuat.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev Nazirliyin sosial şəbəkə hesabında canlı yayım zamanı deyib.

Həkim xüsusilə qeyd edib ki, vegetarian qidalanma tərzi olan insanlarda ciddi şəkildə B12 çatışmazlığı yarana bilər:

“Bu tip anemiyalarda əsas simptom nevroloji əlamətlərdir. Unutqanlıq, yaddaşın itməsi, sinir hüceyrələrinin kəskin şəkildə ağrılı olması kimi əlamətlər ortaya çıxır. B12 çatışmazlığı olanda şəxslərin qidalanma tərzi araşdırılmalıdır. Əgər qidalanma tərzində problem yoxdursa, o zaman mədə- bağırsaq sistemi yoxlanılmalıdır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı