“Liverpul” “Mançester Siti”nin rekordunu qırdı

İngiltərə Premyer Liqasının 31-ci turunda “Şeffild Yunayted”i 3:1 hesabı ilə məğlub edən "Liverpul" yeni rekorda imza atıb.

Metbuat.az xəbər verir ki, “mersisaydlılar” bu görüşdə 83,1 faiz topa sahib olublar.

Bu rəqəm 2003-04 mövsümündən - statistik məlumatlar toplanandan bəri Premyer Liqada rekord göstəricidir. Əvvəlki Premyer Liqa rekordu 2018-ci ildə “Suonsi” ilə görüşdə 82,9 faizlə “Mançester Siti”yə məxsus idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı