"Apple" yüzlərlə işçisini ixtisar etdi

"Apple" idarəçiləri bir çox işçisinin süni zəka bölümünə transfer ediləcəyini bildirsə də, bu belə olmayıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, şirkət artıq 600 işçisi ilə yollarını ayırıb. İşdən çıxarılanların əksəriyyətinin ləğv olunan avtomobil layihəsində çalışdığı bildirilir, digər qismi isə ekran texnologiyaları təkmilləşdirmə qrupundan olub.

Qeyd edək ki, şirkət hazırda insansız nəqliyyat vasitəsi layihəsi üzərində çalışır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı