"Whatsapp"da statuslarla bağlı möhtəşəm yenilik

Dünyada ən çox istifadə edilən mesajlaşma proqramı olan "WhatsApp” yeni funksiyanın təqdimatına hazırlaşır.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, yeni özəllik sayəsində statusları "Instagram"da da paylaşmaq mümkün olacaq.

Hazırda funksiya üzərində işlər gedir və növbəti yenilənmə ilə aktivləşdiriləcək.

Qeyd edək ki, "Facebook", "Instagram" və "Whatsapp" "Meta" şirkətinə məxsusdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR