ANS TV-nin sevilən aparıcısı, bir müddətdir bülletenə çıxdığı üçün tamaşaçıları intizarda qoyan Aytən Səfərova bazar ertəsi günü yenidən efirdə olacaq. ANS PRESS-in xəbərinə görə, bu barədə məlumat aparıcının sosial şəbəkədəki səhifəsində yayılıb.

Tanınmış aparıcı barəsində yayılan xəbərlərin əsassız olduğunu deyib:

"ANS-dən ayrılmağım yalandır. Bir müddətdir bülletenə çıxmışdım. Bazar ertəsindən etibarən yenidən işə başlayacam".

Qeyd edək ki, "Salam, Azərbaycan" verilişinin aparıcısı olan Aytən Səfərovanın ANS-dən çıxması barədə bəzi KİV-lərdə xəbər yayılmışdı.