Məhəmməd Peyğəmbərin karikaturalarının Fransanın "Charlie Hebdo" jurnalında dərc edilməsi müsəlman ölkələrində kütləvi etirazlarla müşaiyət olunur.

ANS PRESS-in məlumatına görə, Nigerin paytaxtı Niameydə qalmaqallı karikaturalara etiraz əlaməti olaraq keçirilən aksiyalar zamanı 45 kilsə yandırılıb.

Aksiya iştirakçıları xristian məktəbi və sığınacaqlarına da hücum edib.

Aksiya zamanı 5 nəfər ölüb, 128 nəfər isə yaralanıb. Polis 189 aksiya iştirakçısını saxlayıb.
Mənbə
ANS PRESS