Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı vəzifəsi Vətən Müharibəsi Qəhrəmanı general-mayor Namiq İslamzadəyə həvalə olunub.
Metbuat.az Report-a istinadən bildirir ki, o, bu təyinatadək HHQ komandanın müavini olub.
Xatırladaq ki, Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) sabiq komandanı general-leytenant Ramiz Tahirov bir neçə gün əvvəl hərbi xidmətdə olmağın son yaş həddi nəzərə alınmaqla ehtiyata buraxılıb.
Onu da qeyd edək ki, 9 dekabr 2020-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Namiq İslamzadəyə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.