"Bayer" məğlubiyyətsiz Almaniya çempionu oldu

Futbol üzrə Almaniya çempionatının 34-cü turunda evdə "Auqsburq"u qəbul edən "Bayer" 2:1 hesabı ilə qalib gəlib.

Metbuat.az xəbər verir ki, qalib gələn komandanın heyətində qolları Viktor Bonifas (12-ci dəqiqə) və Robert Andriç (27) vurub. Mert Kömür "Auqsburq" un hetətində fərqlənib (62). "Bayer" məğlubiyyətsizlik seriyasını 51 matça çatdırdı. Klub son məğlubiyyətini son ölkə çempionatının final oyununda səfərdə "Bohum"a uduzaraq (0:3) alıb.

"Bayer" Almaniya çempionatını 90 xalla məğlubiyyətsiz başa vurub, 34 matçda komanda 28 qələbə qazanıb və 6 dəfə heç-heçə edib. Daha əvvəl beş dəfə gümüş medal qazanan klub tarixdə ilk dəfə ölkə çempionatının qalibi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR