Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - İDDİA

"İran prezidenti İbrahim Rəisinin şübhəli ölümü bu sualları yaratdı: Bu bir qəzadır, yoxsa sui-qəsd? Rəisi İran daxilindəki güc savaşlarının qurbanı oldu?"

Metbuat.az xəbər verir ki, bunu "Hürriyet"in köşə yazarı Abdulkadir Selvi öz məqaləsində qeyd edib. O, prezidentin yararsız helikopterlə uçmasının şübhəli olduğunu bildirib:

"Digər iki helikopter işlək olduğu halda, prezident niyə təsisatı yetərsiz olan helikopterlə uçuruldu? Hava şəraiti helikopter üçün təhlükəli olduğu halda, niyə uçuş həyata keçirildi?

Prezidentin olduğu helikopterdə ELT cihazı (Emergency Locator Transmitter) niyə yox idi? Bu cihaz özəl, hərbi və sərnişin təyyarələrində və helikopterlərdə mövcud olur, hətta gəmilərdə də olur. Tək istisna, gizli missiyalar zamanı, kəşfiyyat orqanlarının istifadə etdiyi təyyarələrdə izlənmə mümkün olmasın deyə, pilot tərəfindən söndürülür".

Selvinin sözlərinə görə, Rəisi İrandakı daxili mübarizələr səbəbindən öldürülə bilər:

"Dini lider Xameneinin yaşı səbəbindən İranda dini liderlik üçün güc savaşı yaşanır. İbrahim Rəsini liderin seçiləcəyi heyətdə yer alır və ən güclü namizədlərdən idi Lakin dini liderin ətrafındakı bir qrup Əli Xameneinin oğlu Müctəbaninin seçilməsinin tərəfdarıdır.

Hər kəs İbrahim Rəisini müzakirə edir, lakin İran XİN rəhbəri Abdullahian İran rejimi içərisində əhəmiyyətli şəxs hesab edilirdi. O, Rəisidən sonra prezident namizədləri arasında göstərilirdi. Əgər bu sui-qəsd idisə, "bir daşla iki quş" vurdular".

Abdulkadir Selvi həmçinin qeyd edib ki, İbrahim Rəisi İran rejimi içində Azərbaycanla yaxşı münasibətlər qurma tərəfdarı olanlardan idi və sui-qəsdin İranın Azərbaycanla yaxınlaşmasını istəməyən güclər tərəfindən təşkil edilməsi ehtimalı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı