Azərbaycan-Türkiyə qarşılaşmasının hakimləri bunlardır

Azərbaycanın qadın futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələsində Türkiyə yığmasına qarşı keçirəcəyi oyunların hakim təyinatları açıqlanıb.

Metbuat.az xəbər verir ki, B Liqasının I qrupu çərçivəsində mayın 31-də Ərzincanda baş tutacaq görüşü Fransa, iyunun 4-də Bakıda keçiriləcək qarşılaşmanı isə Danimarkadan olan hakimlər briqadası idarə edəcək
31 may
21:00. Türkiyə - Azərbaycan

Hakimlər: Aleksandra Kollin, Elodie Koppola, Klotilde Brassar, Klemens Qonçalveş (hamısı Fransa).

Ərzincan, 13 Şubat stadionu.

4 iyun
19:00. Azərbaycan - Türkiyə

Hakimlər: Nanna Löf Andersen, Sidsel Rasmussen, Anna Kyaer Şmidt, Frida Klarlund (hamısı Danimarka).
Bakı, "Dalğa Arena" stadionu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR