Bakıda avtomobil dəmir yoluna aşdı

Bu gün səhər saatlarında Bakının Sabunçu rayonunda yerləşən Pirşağı dəmiryol stansiyasının yaxınlığındakı yolda yüksək sürətlə hərəkət edən “KİA” markalı avtomobilin sürücüsü idarəetməni itirərək dəmiryol mühafizə hasarına çırpılıb və nəqliyyat vasitəsi dəmir yolu xəttinin üzərinə aşıb.

Metbuat.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

    Hadisə nəticəsində xəsarət alan olmayıb. Avtomobil qısa müddət ərzində relslərin üzərindən götürülüb, qatarların hərəkət qrafikində hər hansı gecikmə halları baş verməyib.

    Hazırda dəmiryol infrastrukturuna dəymiş ziyan hesablanır.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR