Ronaldo yenə də ilkə imza atdı - VİDEO

“Əl-Nəssr” klubunun futbolçusu Kriştiano Ronaldo adını Səudiyyə Ərəbistanı liqası tarixinə yazdırıb.

Metbuat.az xəbər verir ki, o, Səudiyyə Ərəbistanı liqası tarixində 1 mövsümdə ən çox qol vuran futbolçu olub. Ronaldo 31 oyuna 35 qol vurub, 11 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Pro Liqasının sonuncu, 34-cü turunda "Əl-Nəssr" - "Əl-İttihad"a 4-2 hesabı ilə qalib gəlib. Ronaldo həmin oyunda dubl edib. "Əl-Nəsr" 82 xal toplayaraq ikinci yeri tutub. “Əl-Hilal” isə 96 xalla çempion olub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR