Ronaldo tarixi uğurundan danışdı - "Rekordları izləmirəm, rekordlar məni izləyir"

“Əl-Nəssr” klubunun futbolçusu Kriştiano Ronaldo adını Səudiyyə Ərəbistanı liqası tarixinə yazdırmasından danışıb.

Metbuat.az xəbər verir ki, o, yaxşı formada olduğunu ifadə edib. Səudiyyə Ərəbistanı liqası tarixində 1 mövsümdə ən çox qol vuran futbolçu olmasından danışan Ronaldo bildirib ki, o rekordları izləmir, rekordlar onu izləyir.

Qeyd edək ki, Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı liqası tarixində 1 mövsümdə ən çox qol vuran futbolçu olub. Ronaldo 31 oyuna 35 qol vurub, 11 məhsuldar ötürmə edib. Səudiyyə Ərəbistanı Pro Liqasının sonuncu, 34-cü turunda "Əl-Nəssr" - "Əl-İttihad"a 4-2 hesabı ilə qalib gəlib. Ronaldo həmin oyunda dubl edib. "Əl-Nəsr" 82 xal toplayaraq ikinci yeri tutub. “Əl-Hilal” isə 96 xalla çempion olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR