İstanbulda çökən binanın dağıntıları altından 7 yaralı çıxarıldı

İstanbulda çökən üçmərtəbəli yaşayış binasının dağıntıları altından 7 nəfər yaralı olaraq çıxarılıb, onlardan 2-nin vəziyyəti ağırdır.

Metbuat.az xəbər verir ki, bunu İstanbul valisi Davut Gül deyib.

Bildirilib ki, iki nəfərin dağıntılar altında qaldığı ehtimal edilir.

Qeyd olunub ki, bina 1988-ci ildə inşa edilib.

Hadisənin başvermə səbəbləri hələ məlum deyil.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı