O, "Qarabağ"dan gedə bilər - Qurban Qurbanov

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov iyunun 30-da klubla müqaviləsi başa çatacaq Abdullah Zubirlə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, o, Azərbaycan kubokunun finalında "Zirə” ilə keçirilən görüşdən (2:1) sonra "CBC Sport”a açıqlamasında fransalı yarımmüdafiəçinin yekun qərar vermədiyini bildirib:

"Zubirlə ümumi danışıqlarımız olub, amma hələ yekun heç bir qərar yoxdur. Biz çox istərdik ki, Zubir komandada qalsın. Onu da başa düşürəm, gələcəklə bağlı öz düşüncələri ola bilər ki, bu komandadan ayrılsın. Amma özü də burada çox qalmaq istəyir. Sadəcə, hələ qəti qərar verməyib. Yəqin ki, qarşıdakı günlərdə dəqiq bilinəcək”.

Qeyd edək ki, Abdullah Zubir 2018-ci ildən "Qarabağ”da çıxış edir. Onunla bir neçə klubun maraqlanması haqda xəbərlər yayılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR