Mourinyo bu üç ulduzu "Fənərbağça"ya gətirəcək

Joze Mourinyo "Fənərbağça"ya əvvəllər birgə çalışdığı 3 ulduz oyunçunu gətirə bilər.

Metbuat.az xəbər verir ki, bu barədə "Express" məlumat yayıb. Məlumata görə, bu futbolçulardan biri Nemanya Maticdir. Matic "Çelsi", "Mançester Yunayted" və "Roma"da Mourinyo ilə birgə çalışıb.

Digər futbolçunun isə Jese Linqard olduğu bildirilib. O, Mourinyonun rəhbərliyi altında "Mançester Yunayted"də yüzdən çox oyun keçirib.

Eyni zamanda, Mourinyo dönəmində "Çelsi" forması geyinən Sezar Asplikueta da İstanbul təmsilçisinə keçə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı