​Levandovskidən “Fənərbaxça” ilə bağlı açıqlama

“Barselona”da çıxış edən Robert Levandovski “Fənərbaxça” ilə bağlı iddialara dair sualı cavablandırıb.

Metbuat.az xəbər verir ki, Levandovski “Fənərbaxça”nın onunla əlaqə saxlamadığını bildirib. Mətbuat konfransında danışan Levandovski, "Fənərbaxça mənimlə əlaqə saxlamadı. Bu barədə heç bir məlumatım yoxdur" deyə bildirib.

Qeyd edək ki, transfer səylərini davam etdirən "Fənərbaxça"nın siyahısına Robert Levandovskini də daxil etdiyi irəli sürülüb. Bu mövsüm "Barselona"nın heyətində 49 oyun keçirən Robert Levandovski 26 qol vurub və 9 məhsuldar ötürmə verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR