“Qonşular axşam saat doqquz-onda qapını döyürdülər”

Lionel Messi Fransanın PSJ klubunda çıxış etdiyi zaman qonşuları ilə problemlərlə üzləşdiyini deyib.

Metbuat.az xəbər verir ki, o bu haqda ESPN-ə danışıb.“Parisdə qonşular axşam saat doqquz-onda qapını döyürdülər. Deyirdilər ki, mənim uşaqlarım futbol oynamasın. Qonşular bizi narahat edirdi. Bu, meydandakı çıxışlara təsir etdi”, - deyə Messi bildirib.

Qeyd edək ki, Messi 2021-2023-cü illərdə PSJ-də çıxış edib. Futbolçu karyerasını ABŞ-nin “İnter Mayami” klubunda davam etdirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı