Dadlı olduğu qədər ölümcüldür - Bu qidadan uzaq durun

Ət və toyuq bulyonları yeməklərin dadını və qida dəyərini artırır. Yeməklərinə dad qatmaq istəyənlər tez-tez ət və toyuq bulyonlarından istifadə edirlər.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər ət və toyuq bulyonunun sağlamlıq üçün böyük təhlükə yaratdığını və onun bir damcısının belə zəhərli olduğunu bildirirlər.

Alimlərin araşdırmalarına görə, bulyonlar saysız-hesabsız xəstəliklərə səbəb ola bilər. Bulyonların bu qədər zərərli olmasının səbəbi tərkibində olan Mono natrium glutamat (MSG) adlı əlavədir. Bulyonlarda olan və yeməklərə ət ləzzəti vermək üçün istifadə edilən MSG insanın mərkəzi sinir sistemini zədələyir. Alzheimer, parkinson, epilepsiya kimi xəstəliklərə səbəb olur.

MSG istehlakı həmçinin yağ yığılmasına, piylənməyə, mədəaltı vəzin zədələnməsinə, insulinin artmasına gətirib çıxarır.

Tərkibində MSG olan məhsullar arasında bulyon, cips, dondurmada var. Mütəxəssislər xüsusilə hamiləlik dövründə bu məhsullardan istifadəni çox təhlükəli hesab edirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı