"Medcezir"də kobud səhv - video

"Medcezir"də kobud səhv - video
19:36 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Star TV-də yayımlanan "Medcezir" serialında rejissorun səhvi tamaşaçıları təəcübləndirib.

Axşam.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Çağatay Ulusoy və Serenay Sarıkayanın boş rollarında oynadığı serialda yemək masasında Sude əlindəki qədəhi Səlimin üstünə dağıdıb.

İlk səhnələrdə qırmızı libas geyinən Sude az sonra qara geyimdə görünüb.

Fanatlar sosial şəbəkədə bu səhvi "Sudenin üstünə dağıldı, ona görə paltarını dəyişdirdi" deyərək müdafiə etsələr də, göründüyü kimi, şərab sadəcə Səlimin üstünə tökülür.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR