Daha əvvəl "Fənərbaxça"da da çıxış edən 43 yaşlı Daniel Güiza İspaniyanın 3-cü Liqa komandası “UD Rotena” ilə 1 illik müqavilə imzalayıb.
Metbuat.az xəbər verir ki, “UD Rotena” klubu yazılı açıqlamada "Güiza komandanın irəli xəttini gücləndirmək üçün gəldi. Avropa çempionu təcrübəsi və qolları ilə dəstək olacaq. Yeni evinə xoş gəldin, Dani" deyə qeyd edib.
Futbolçu karyerasında indiyə qədər 17 komandada forma geyinən Güiza 2011-ci ilin yayında "Fənərbaxça"dan İspaniyanın "Xetafe" komandasına transfer olunub, daha sonra Malayziya və Paraqvay komandalarında forma geyinib. 2018-ci ildən sonra ispan futbolçu doğulduğu İspaniyanın cənubunda yerləşən Əndəlus bölgəsinin 2-ci və ya 3-cü liqa komandalarında çıxış edib.